Ölkə

Kür çayının bəzi yerlərində adalar əmələ gəlib

16 İyun 2020 13:11
Baxış: 2 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kür çayının bəzi yerlərində çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub, adalar əmələ gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Kür çayında yaranmış problemlərlə əlaqədar Neftçala və Sabirabad rayonlarında ezamiyyətdən təzəcə qayıtmıış akademik bildirib ki, çayda suyun azalması nəticəsində Kürün aşağı hissəsində küləyin təsiri ilə su səthində çay suyu dəniz suyu ilə qarışıb. Bu da Kürün axımında relyefin müxtəlifliyi ilə əlaqədar özünü müxtəlif vəziyyətlərdə biruzə verir:

"Belə ki, bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuş, adalar əmələ gəlmişdir. Yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib".

Çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının səbəblərindən danışan alim Xəzər dənizi səviyyəsinin qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının hündürlüyünün tez-tez dəyişməsini və bəzi yerlərdə çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsini, çay yatağında gedən eroziya proseslərinin dəyişməsini, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsirini və s. misal gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.