Ölkə

Kamran Əliyev: Ötən həftə ilə müqayisədə daha çox şəxsə icazə verilib

12 İyun 2020 17:45
Baxış: 1 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sərt karantin rejimi ilə əlaqədar ötən həftə ilə müqayisədə bu həftə daha çox şəxsə icazə verilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, fəaliyyətinə icazə verilən şəxslərin avtomobilləri də qeydiyyatdan keçməlidir: "Həmin şəxslərə öz avtomobilində ailə üzvlərini və ya digər şəxsi daşıya bilməz. O halda icazə verilə bilər ki, həmin sərnişinin də fəaliyyətinə icazə verilsin. İcazəsi olan şəxsə isə avtomobillə yalnız işə gedib-gəlməyə icazə verilir. Vətəndaşlardan xahiş olunur ki, sərt karantin qaydalarına riayət edtsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.