Ölkə

Bakı sakini taksidə qarət olundu

4 İyun 2020 14:49
Baxış: 1 254
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı sakini küçədə qarət olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Anar Piriyev Nizami rayonu, R.Şərifli küçəsində taksidən düşərkən çantasından 50 manat və dəyəri 630 manat olan mobil telefonunun oğurlandığını görüb.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Umud Qurbanov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.