DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi (DİM) 6 və ya 7 iyun tarixlərində imtahan verəcək abituriyentlərə müraciət edib.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər
3 iyun saat 09:30-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 89%-i, Azərbaycan dili imtahanı verənlərin 34%-i, 9 cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 69%-i Mərkəzin saytında yerləşdirilən "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı" haqqında bəyannaməni çap edib.
Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, "İmtahana buraxılış vərəqəsi" və "İmtahan iştirakçısının sağlamlığı" haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və imzalanır.
Qeyd edək ki, həmişə olduğu kimi cari ilin (bu ilin) məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə "Şəxsi kabinet"lərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, həmin yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Qeyd edək ki, 6 iyun tarixində 9-cu sinif üzrə Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə*(I hissə, siyahı) Siyəzən, Xızıda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı, Xətai (Bakı), Sumqayıt, Qazax, Şəki, Göyçay, Ağdaş, Qusarda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı, Qaradağ (Bakı), Şirvanda 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Siyəzən və Xızıda isə əvvəlki illərin məzunlarının qəbul imtahanı keçiriləcək.
11-ci sinif üzrə Xətai (Bakı), Sumqayıt*(I hissə, siyahı), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustanda yerləşən məktəblərin, həmçinin H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi liseyin şagirdlərinin buraxılış imtahanı, Qaradağ (Bakı), Şirvan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdədə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
7 iyun tarixində 9-cu sinif üzrə Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı, Nərimanov (Bakı), Abşeron, Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabranda yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı, Pirallahıda (Bakı) 9-cu sinif təhsil bazasından kolleclərə sənəd vermiş cari və əvvəlki illərin, Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər, Ağdam, Füzulidə isə əvvəlki illərin məzunlarının qəbul imtahanı keçiriləcək.
Həmin gündə 11-ci sinif üzrə Nərimanov (Bakı), Abşeron*(I hissə, siyahı), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran, Ağsuda yerləşən məktəblərin şagirdlərinin buraxılış imtahanı, Pirallahı (Bakı), Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtərdə yerləşən məktəblərin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





