Ölkə

"1 ay ərzində 190 min insan imtahanlarda iştirak etməlidir"

1 İyun 2020 11:27
0 Şərh     Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn həftədən hər həftə sonunda 44-45 min nəfər imtahan verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 1 ay ərzində 190 min insan imtahanlarda iştirak etməlidir.

Onların 94 min nəfəri 11-ci sinif məzunudur və buraxılış imtahanı verirlər. Eyni zamanda, 96 min nəfər 9-cu sinif məzunu imtahan verməlidirlər:

"İmtahanlara hazırlıq çox mürəkkəb olub. 1500-dən çox məktəb binasına baxış keçirilib. Binaların sanitar-gigiyenik tələblərə hazırlığı çox vacib məsələdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.