Ölkə

Bakı-Sumqayıt yolunda yeni qovşaq inşa olunacaq

1 İyun 2020 12:26
1 Şərh     Baxış: 3 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Sumqayıt yolununda avtomobil axınının qarşısını almaq üçün yeni təklif hazırlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, artıq yeni təklifin layihəsi də hazırlanıb:

"Yeni hazırladığımız təklif Binəqədi rayonun Sulutəpə qəsəbəsi ərazisindəki dairə üzərində yol qovşağının tikintisidir. Bu yol qovşağının tikintisi həmin ərazidə tıxacları aradan qaldırılmasına yardım edə bilər. Əgər təklif qəbul edilərsə, Hökməli, Müşviqabad qəsəbələri və ümumilikdə Şamaxı istiqamətinə gedən və gələn avtomobillər dairənin üzərindəki yol qovşağından keçməklə hərəkət edəcəklər".

A.Nəcəfli bildirib ki, artıq təkliflə yanaşı yol qovşağının layihəsi də hazırlanıb: "Layihə və smeta sənədləri hazırlanıb aidiyyəti qurumlara təsdiq üçün göndərilib. Layihə təstiqlənəndən sonra dərhal tikinti işlərinə başlanacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.