Ölkə

Şagirdlər üçün yay məktəbi təşkil olunacaq? - Təhsil Nazirliyindən açıqlama

22 May 2020 12:54
0 Şərh     Baxış: 4 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu günə olan vəziyyətə əsasən, deyə bilərəm ki, şagirdlər üçün yay tapşırıqlarının verilməsi, həmçinin yay məktəbinin təşkili nəzərdə tutulmayıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, tədris proqramını mənimsəyə bilməyən şagirdlər üçün yay məktəbinin təşkil edilməsi ilə bağlı heç bir qərar verilməyib:

"Çünki bizdən asılı olmayan məsələlər də var. Hələ bilmirik ki, yayda epidemioloji vəziyyət necə olacaq. Çalışırıq ki, verdiyimiz bütün qərarları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğunlaşdıraq".

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır, iyunun 14-də bitir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.