Ölkə

Muxtar Babayev: Sahilboyu bəzi ərazilərdə çirkab suları düzgün idarə edilmir

21 May 2020 17:47
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəssüflər olsun ki, sahilboyu bəzi ərazilərdə çirkab suları düzgün idarə edilmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, daha çox Hövsan, Sumqayıtda sahilyanı ərazilərdə çirklənmələr var: "Bu daha çox iaşə obyektləri tərəfindən edilir, bununla bağlı xəbərdarlıq edilir. Artıq bir müddətdir ki, nazirlik buna çox sərt mövqe nümayiş etdirir".

M.Babayev əlavə edib ki, Bakı, Sumqayıt və digər böyük şəhərlərdə iaşə obyektlərinin əksəriyyətində təmizləyici filterlər quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.