Ölkə

Siyavuş Novruzov: "Türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür"

19 May 2020 11:32
Baxış: 2 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təklif edirəm ki, Azərbaycan xalqına qarşı hər hansı bir şəxsin aşağılayıcı sözü cinayət məsuliyyəti ilə ölçülsün, bununla bağlı tədbir görülsün.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, milli sözünü də biabır edən "Milli Şura" dərnəyi keçirdikləri videokonfrans zamanı Azərbaycan xalqına qarşı hörmətsiz ifadələr səsləndirib:

"Onlar öz əxlaqlarına uyğun məsələlərin müzakirəsinə həsr etdikləri görüşdə xalqın aşağılanmasına yol veriblər. Bunlar barəsində tədbirlər görülməlidir. Xalqı təhqir edirlər ki, insanlar seriala baxır, bunlara baxmır. Demək, insanlar serialı sizdən üstün tutur, türk serialı xalq üçün Əli Kərimlinin sərsəmləməsindən daha üstündür, demək xalq bunları bəyənmir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.