Ölkə

Koronavirusun ikinci dalğasının necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır - TƏBİB

15 May 2020 17:39
0 Şərh     Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həftələr üzrə olan göstəricilər bunu deməyə əsas verir ki, qətiyyən rahatlaşmamalıyıq.

Sədr qeyd edib ki, xaricdən idxal edilən yoluxma faizi 7,7-dir. Bakının Yasamal rayonunda yoluxma göstəricisi 17, Nəsimidə 15,8, Sabunçuda 14, Qaradağda 5, digər rayonlarda isə 8 faizdən aşağı olub.

R.Bayramlı əlavə edib ki, virusa yoluxanlar arasında 52-59 yaşlı insanlar üstünlük təşkil edir. Ölkədə 0-9 yaşlılar arasında yoluxma faizi 5 faiz, 80 yaşdan yuxarı 2 faizdir. Qadınlar arasında yoluxma 57 faiz olmaqla daha çoxdur. Kişilər arasında yoluxma göstəricisi 43 faiz təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.