Ölkə

Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatlar açıqlandı - FOTO

14 May 2020 15:05
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1923,6 mln. kVt·st, ixracı 17,5 mln.kVt·st, idxalı 17,7 mln. kVt·st olub.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 112,2 mln. kVt·st, ixracı 86,4 mln. kVt·st azalıb, idxal isə 6,5 mln. kVt·st artıb.

Cari ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 mln. kVt·st artaraq 8896,7 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 189,2 mln. kVt·st artaraq 8435,2 mln. kVt·st, SES-lərdə 120,2 mln. kVt·st azalaraq 341,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 119,7 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 34,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 4 ayında elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 7985,8 mln. kVts (İES-lərdə 7689,9 mln. kVt·st, SES-lərdə 295,9 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 114,1 mln. kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 39,9 mln. kVt·st, Günəş ES-də 11,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 mln. kVt·st təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 7,5 mln. kVt·st azalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.