"Könüllülər ili" ilə bağlı bəyannamə qəbul edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə "Könüllülər ili" çərçivəsində görüləcək işlərlə bağlı onlayn konfrans keçirilib.
Milli.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı Milli Məclisin deputatları Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, habelə Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə açan Adil Əliyev iştirakçıları salamlayaraq onlara konfransın işində uğurlar arzuladı. O, koronavirus pandemiyasının (Covid 19) bütün dünyanı iflic etsə də, xəstəliyin Azərbaycanda yarada biləcək fəsadları ölkə Prezidentinin səyləri nəticəsində minimuma endirilməsindən danışıb.
A.Əliyev ölkəmizdə tibbi maska istehsal edən müəssisə və mobil xəstəxanaların açılmasına diqqət çəkərək Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsinin digər ölkələrə də tövsiyə etməsi faktını vurğulayıb.
Sədr müavini gənclər və könüllülər siyasətinin daim dövlətin diqqət mərkəzində olmasını, könüllülərdən istifadə edilməsinin vacibliyini qeyd edib, post pandemiya dövründə könüllülər və gənclərlə bağlı görüləcək işlər barədə fikirlərini bölüşüb, onları müzakirələrdə fəal iştirak etməyə dəvət edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Regional İnkişaf İctimai Birliyi, "Bir" tələbə könüllü proqramı, Tələbə Gənclər Təşkilatı İttifaqı, Asan könüllüləri, Miqrasiya könüllüləri, Aqrar könüllülər, Elsa, Avropa Gənclər Parlamenti, Böyük İpək Yolu, Gənc Müəllimlər Assosiasiyası, Gənclər Təşkilatı Milli Şurasının rəhbərləri təmsil etdikləri qurumların gördükləri işlər barədə məlumat veriblər.
"Könüllülər ili" çərçivəsində görüləcək işlər barədə aparılan müzakirələrin sonunda bu sahədə görülən işlərin genişləndirilməsi məqsədilə Bəyannamə qəbul edilib.
Bəyannamədə Azərbaycan Prezidentinin 2019-cu il 30 dekabr tarixli Sərəncamında nəzərdə tutulmuş tövsiyələrə uyğun gənclərin potensialının düzgün dəyərləndirilməsinin vacibliyi qeyd edilib. Sənəddə könüllülərin koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkməsi və onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanmasının zəruriliyi qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi





