Ölkə

Vilayət Eyvazovdan plyonkalarla bağlı təcili TAPŞIRIQ

12 May 2020 14:57
4 Şərh     Baxış: 10 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobillərə vurulan plyonka ilə bağlı yeni problem ortaya çıxıb.

Milli.Az avtosfer.az-a istinadla xəbər verir ki, bu günlərdə bütün şüşələri tünd plyonka ilə örtülmüş avtomobil Daxili İşlər naziri Vilayət Eyvazovun qarşısına çıxıb.

Hətta ön şüşəsinə belə plyonka vurulmuş avtomobil ilə maraqlanan nazir sürücünün polis əməkdaşı olduğunu öyrənib.

Bundan sonra isə Vilayət Eyvazov bütün polislərin şəxsi avtomobillərindən, ümumiyyətlə, plyonkanı sökmələri ilə bağlı göstəriş verib.

Hazırda polislər şəxsi maşınlarından plyonkaları sökür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.