Ölkə

Koronavirus daha çox hansı bölgələrdə aşkarlanıb? - RƏSMİ

9 May 2020 17:20
3 Şərh     Baxış: 3 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusa yoluxma sayı getdikcə artır. Xəstələrin sayında ciddi artım var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı qeyd edib ki, əsas yoluxma halları Bakı, Gəncə, Yevlax, Abşeron, Kürdəmir, Tovuz və Şirvanda aşkar edilib: "Yoluxma halları əsasən Gəncə və Abşeronun payına düşür. Gözlədiyimiz ikinci dalğa ola bilər. Statistik rəqəmlərə əsasən də ikinci dalğanı yaşayacağımızı gözləyirdik".

TƏBİB sədri qeyd edib ki, xəstə sayında olan artım vətəndaşların qaydalara məsuliyyətsiz yanaşmasının nəticəsidir.

R.Bayramlı əlavə edib ki, hazırda 771 nəfər aktiv xəstə var, 1620 nəfər sağalıb. Reanimasiya və intensiv terapiya şöbələrində 22 xəstə var, onun 9-u süni tənəffüs aparatına qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.