Ölkə

İnstaqramda canlı yayım edirdi, qəzaya düşüb öldü - Bakıda - VİDEO - FOTO

8 May 2020 23:20
6 Şərh     Baxış: 8 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:20

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Qeyd edək ki, Fəxri Quliyev qəza zamanı instaqramda canlı yayım edirmiş.  

---------

11:49

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb. Qəzaya səbəb havanın yağışlı olması və yüksək sürət olub.

Belə ki, Bakı Dairəvi-2 yolu ilə yüksək sürətlə hərəkətdə olan "Hyundai Sonata" markalı minik avtomobili yolun yağışlı olmasına görə idarəetməni itirib. Nəticədə yoldan çıxan avtomobil hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.