Ölkə

Bakıda ana uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü

7 May 2020 10:21
16 Şərh     Baxış: 4 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ananın 2 yaşlı oğlunu yemək yedirtmək üçün pəncərədə oturtması ölümlə nəticələnib. 

Milli.Az qafqazinfo-ya istinadən əbər verir ki, hadisə mayın 6-sı saat 13 radələrində Sabunçu rayonunda baş verib. Anası 2 yaşlı oğlu Kamil Abdullazadəni yaşadıqları fərdi yaşayış evinin ikinci mərtəbəsində otağın pəncərəsində oturdaraq yemək yedizdirib.

Bu zaman ani olaraq uşaqdan diqqətini ayırması nəticəsində 2 yaşlı Kamil pəncərənin qoruyucu toruna tərəf əyilib və müvazinətini itirərək pəncərədən evin həyətinə yıxılıb. Valideynləri onu 3 saylı şəhər klinik xəstəxanasına aparıb və 2 yaşlı Kamilə ilkin tibbi yardım göstərilsə də, həmin gün saat 21 radələrində xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.