Ölkə

Azərbaycandan Almaniyaya çarter reysi təşkil edilir

5 May 2020 11:05
Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları mayın 11-də Bakıdan bu ölkənin Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edəcəklər.

Milli.Az xəbər verir ki, Almaniyanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, birtərəfli uçuş təxminən 230 avroya başa gələcək.

Əlavə məlumatlar hələ məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək. Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün ən gec saat 14:00-a qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Uçuş yerlərinin tükəndiyi halda Almaniya /Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.