Təhsil naziri Ceyhun Bayramov bəzi özəl məktəblərin tədrisin dayandırıldığı müddət üzrə təhsil haqqının tələb edilməsinə münasibət bildirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, C.Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib ki, əksər özəl ali məktəblər hətta 10 faiz əhatəliliyi təmin ediblər:
"Özəl məktəblərdə şagird sayı daha azdır, orada onlayn dərslərin keçirilməsi daha rahatdır. Ancaq özəl məktəblər onlayn formada dərs keçirmisə, valideynlər məsələni qaldırıb onu məktəblərlə həll etməlidirlər. Xidmət təqdim edilmirsə, xidmət haqqı tələb edilə bilməz".
Milli.Az