Ölkə

Hərbi qulluqçular qan verdilər - FOTO

20 Aprel 2020 14:13
1 Şərh     Baxış: 999
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə Müdafiə Nazirliyinin idarə, təşkilatları və xüsusi təyinatlı hərbi təhsil müəssisələri, həmçinin birlik, birləşmə və hərbi hissələr də qoşulub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, karantin rejiminin tələblərinə uyğun olaraq qanvermə zamanı aksiyada iştirak edənlər və həkimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.

Yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təhvil veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.