Ölkə

Deputat spiker və müavinlərinə tibbi maska taxmalarını təklif etdi

17 Aprel 2020 12:44
0 Şərh     Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz istərdik ki, siz də tibbi maskadan istifadə edəsiniz.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, xarici ölkələrdə parlamentin iclaslarında spiker və müavinlər də maskadan istifadə edir.

A. Mirzəzadə mətbuatda deputatların gündəlikdən kənara çıxmasına qadağa qoyulması barədə xəbərlər dərc olunduğunu da deyib: "Bu yalandırsa, MM-in mətbuat xidmətinin rəhbəri buna münasibət bildirməlidir, deyilsə, bu, doğru yanaşma deyil. Deputat uzun müddət gözləməlidir ki, hansısa məsələ gündəliyə daxil edilsin, o zaman danışsın?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.