Ölkə

Son on gündə e-sosial.az portalına 17,5 milyon baxış olub

11 Aprel 2020 17:47
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son on gündə e-sosial.az portalına 17,5 milyon, nazirliyin saytına 6,3 milyon baxış, 142-Çağrı Mərkəzinə isə 58 min zəng daxil olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə sosial məlumatlara və bu sahələr üzrə elektron xidmətlərə çıxış imkanı yaradan e-sosial.az portalına son 10 gündə 17,5 milyon baxış qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytına baxış sayı da son 10 gündə 6,3 milyon olub.

Nazirliyin 142-Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışır. Son 10 gündə Çağrı Mərkəzinə 58 min zəng daxil olub. Sosial dəstək tədbirləri, habelə əmək, məşğulluq, sosial təminat, tibbi-sosial reabilitasiya və s. ilə bağlı vətəndaş müraciətləri cavablandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.