Ölkə

Sumqayıt şəhərində ağaclar bu məqsədlə köçürülüb - AÇIQLAMA - FOTO

6 Aprel 2020 15:01
0 Şərh     Baxış: 1 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədi ilə mobil səyyar hospital quraşdırılır.

Bu məqsədlə dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.

Ərazidəki bir neçə ağac budanaraq xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib.

Artıq ağacların əkilməsinə başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.