Ölkə

DİN: Xüsusi karantin rejiminə baxmayaraq, Azərbaycana daxil olan tranzit yük maşınlarının hərəkəti təmin edilir - ViDEO - FOTO

27 Mart 2020 12:58
0 Şərh     Baxış: 1 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasındə koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilməkdədir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Ximməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir.

Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.