Ölkə

Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırdı

23 Mart 2020 19:14
Baxış: 1 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Smartpay" elektron ödəniş sistemi üzərindən ianələrin köçürülməsi üçün texniki imkan yaradıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hazırda bu sistem üzərindən respublikanın bütün regionlarını əhatə edən "Azərpoçt" MMC-nin filialları və şöbələrində, "Naxçıvanbank"ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan "kassam.az" (https://kassam.az/payment/service/897) və "smartpay.az" (https://smartpay.az/payment/service/771) saytlarında ianə etmək mümkündür..

Tezliklə "Modenis" MMC (eManat), "Mobile Payment Systems-Portmanat" MMC (https://portmanat.az/), "KomTek Ltd" MMC (MilliÖn ödəmə sistemləri), "Paysis" MMC (EPUL) kimi şirkətlər də "Smartpay" ödəniş sisteminə inteqrasiya olunacaq. Belə ki, adıçəkilən şirkətlər koronavirusla mübarizəyə dəstək olaraq xidmət haqqı tutmadan vətəndaşların ianələrini rahat şəkildə köçürmələrinə şərait yaradacaq.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.