Bakıda qətl hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Dağlıq küçəsində baş verib. Həmin küçədə ev 24, mənzil 17-də yaşayan 1972-ci il təvəllüdlü Bujdelyev Viktor Vladimiroviç çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib və orada ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.Bujdelyevi qonşusu, Dağlıq küçəsi ev 24 mənzil 21-də yaşayan 1956-cı il təvəllüdlü Əliyev Faiq Allahyar oğlu bıçaqlayıb. F.Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Milli.Az