Ölkə

Bu gündən "İçərişəhər"in muzeylərinin fəaliyyəti dayandırılır

14 Mart 2020 11:19
0 Şərh     Baxış: 869
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna tabe olan muzeylərin fəaliyyəti martın 14-dən dayandırılır.

Bu barədə İdarədən Milli.Az-a məlumat verilib.

Bildirilib ki, ölkəmizdə koronavirusa (COVID-19) qarşı aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın martın 13-də bəzi izolyasiya tədbirləri barədə göstəriş verilib.

Bununla əlaqədar martın 14-dən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna tabe olan muzeylərin fəaliyyəti müvəqqəti dayandırılır.

Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin muzeyləri Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Bakı Fotoqrafiya Evi), habelə Mənzil-Kommunal və Təmir Xidməti, Elmi-İstehsalat Bərpa Emalatxanası, Elmi-Mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Ənənəvi İncəsənət Mərkəzidir.

Mart və aprel ayları ərzində dezinfeksiya işləri daimi həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.