Ölkə

Ağciyər İnstitutunda iki nəfər ölüb

11 Mart 2020 14:33
5 Şərh     Baxış: 3 364
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.

Xəstələrdən biri - 1986-cı il təvəllüdlü xanım martın 10-u, saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə "hər iki ağciyərin pnevmoniyası" diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da "kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli ağır gedişli pnevmoniyadan" xəstənin bioloji ölümü gerçəkləşib. 

Digər xəstə isə 1999-cu il təvəllüdlü olub. O, ETACXİ-yə martın 6-da, saat 15:20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə "ağciyər vərəmi, şəkərli diabet I tip" diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u, saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, "kəskin ağciyər-ürək çatmamazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə, şəkərli diabet I tip, ağır forma" diaqnozu ilə xəstənin ötən gün saat 21:05-də bioloji ölümü qeydə alınıb.

Ölüm hadisələrini ETACXİ-dən təsdiqləyiblər.

Bildirilib ki, ölüm hadisələri ilə bağlı ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.