Ölkə

Bakı polisi 37 cinayətin üstünü açdı

5 Mart 2020 09:19
1 Şərh     Baxış: 1 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də 37 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, onlardan 22-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 20 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.