Ölkə

Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur - Səhiyyə Nazirliyi

27 Fevral 2020 16:52
0 Şərh     Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda mümkün koronavirus simptomları daşıyan xəstələr arasında Azərbaycan vətəndaşları yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan Səhiyyə, Əmək və Sosial İşlər Nazirliyindən bildiriblər.

Mənbənin sözlərinə görə, hazırda koronavirusa yoluxan bir Gürcüstan vətəndaşı var. 50 yaşlı xəstə İrandan Gürcüstana gəlib. Onun vəziyyəti qənaətbəxş hesab edilir.

Bundan başqa qeyd olunub ki, Gürcüstan infeksiya xəstəxanasının xüsusi bölməsində koronavirus şübhəsi ilə xəstələr yerləşdirilib, onların arasında Gürcüstan və Azərbaycan vətəndaşları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.