Ölkə

“Bandotdel"in xüsusi əməliyyatla tutduğu Gülər Əhmədovanın oğlundan YENİ XƏBƏR - FOTO

25 Fevral 2020 10:40
2 Şərh     Baxış: 5 562
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Keçmiş deputat Gülər Əhmədovanın oğlu Toğrul Əhmədovun məhkəməsinin vaxtı məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilən zaman 1 ədəd "Glock-19" markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.