Ölkə

7 baş inək oğurlayan keçmiş məhkum saxlanıldı

19 Fevral 2020 18:34
1 Şərh     Baxış: 1 583
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəzər rayonu ərazisində 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Türkan qəsəbəsində qəsəbə sakini E.Yusibova məxsus 1 baş inəyi otlaq sahəsindən oğurlanası da müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.