Azərbaycanın bu ərazisində kütləvi şəkildə qızdırma və suçiçəyi yayılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.
Milli.Az xəbər verir ki, Abad kənd icra nümayəndəsi Lətif Mustafayev APA-nın yerli bürosuna bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər.
İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib:
"Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur.
Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını xəstələnməmələri üçün məktəbə göndərmirlər. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".
Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub.
Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər:
"Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
XƏBƏR LENTİ
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu





