Ölkə

Orxan Məmmədov: "KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək"

19 Fevral 2020 11:22
Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Avro 2020: KOB üçün perspektivlər" adlı tədbir zamanı deyib.

O bildirib ki, turnirin keçirildiyi müddətdə turizm sahəsi aktiv fəaliyyət göstərəcək və bununla əlaqədar olaraq kiçik və orta biznesin bu istiqamətdə fəaliyyətini genişləndirmək lazımdır:

"Bizə qonşu Türkiyədən, eləcə də İsveçrə və Uelsdən qonaqlar gələcək. Bütün dünya Türkiyə azarkeşlərini tanyır. Uelslilər də britaniyalı olduqları üçün öz fanatizmləri ilə məşhurdur. Onların sayının çox olacağı gözlənilir. İsveçrə də öz azarkeşləri ilə tanınır".

O.Məmmədov bildirib ki, bu yarış çərçivəsidə AFFA UEFA ilə birgə fan-zona açacaq. O əlavə edib ki, bu fan-zonalar oyunların keçirilməsindən bir neçə gün əvvəl fəaliyyətə başlayacaq və mövsümün sonunadək fəaliyyət göstərəcək, KOBİA öz növbəsində kiçik və orta biznesin bu istiqamətdə zəruri dəstəyini təmin edəcək:

"Matçların keçiriləcəyi Bakı Olimpiya Stadionunun özündə kiçik və orta biznes təmsilçilərinin daimi fəaliyyəti üçün bütün şərait yaradılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.