Ölkə

WWF rəsmisi: "Azərbaycanda ova qadağanın qoyulması qeyri-qanuni yollara əl atmalara səbəb olar"

17 Fevral 2020 16:44
1 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmış və məhdud formada ova icazənin verilməsinin tərəfdarıyam.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ova ümumiyyətlə qadağanın qoyulması ov həvəskarlarının qeyri-qanuni yollara əl atmasına gətirib çıxara bilər.

WWF rəsmisi qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətində ova münasibət fərqlidir: "Kimisi ova qadağanın qoyulmasını, kimisi bunun hansısa formada tənzimlənməsini istəyir, kimisi isə ovu qanuni hüquqları hesab edir. Aydın məsələdir ki, insanlar qadağan olunan şeyi qeyri-qanuni yollarla əldə etmək istəyirlər. Məsələn, ovçuluğun qadağan olunduğu ərazilərdə başqa yollara əl atırlar. İnsanlar həmin ərazilərdə tələlər qururlar və öz qanunsuz əməllərini sakitcə həyata keçirirlər".

E.Əsgərov Azərbaycanda ovun tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsini vacib sayıb.

O qeyd edib ki, bu baxımdan fevralın 27-də Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" mövzusunda beynəlxalq forumun keçirilməsi mühüm əhəmiyyətə malikdir:

"Beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və mütəmadi müzakirə obyekti olan mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Forumda səslənən fikirlərə uyğun olaraq, yekun qərara gəlinəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.