Ölkə

Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir

13 Fevral 2020 16:53
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan hər il ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasının təmin olunmasında yüksək fəallıq nümayiş etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" konfransında deyib.

O bildirib ki, bu gün süni intellekt və elektron maşınlar insan resurslarından istifadəni tələb edir, ona görə də informasiya texnologiyaları sahəsində kadrların peşəkar hazırlığı zəruridir.

Ə.Muradov əlavə edib ki, iqtisadiyyatın uğurla rəqəmsallaşdırılması daha çox biznes, elm, ixrac uçotu və digər sahələrdə rəqəmsal kommunikasiyanın yaradılmasından asılıdır və Azərbaycan da bu sahədə yüksək fəallıq nümayiş etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.