Əli Əhmədov: "Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürünün ifadəsidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürü, demokratiya istiqamətində ölkəmizin daha da irəliyə doğru əhəmiyyətli bir addım atmasının ifadəsidir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanda heç zaman seçkilərdə 1300-dən çox namizəd iştirak etməyib: "Bu, rekord bir göstəricidir. Bu, bir tərəfdən Azərbaycanda seçkilərin açıq və şəffaf keçməsinə vətəndaşların əvvəlcədən inamının ifadəsi idi, digər bir tərəfdən isə Azərbaycanda demokratik ənənələrin oturuşmasının çox vacib göstəricilərindən biridir".
Baş Nazirin müavini vurğulayıb ki, seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi: "Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən bu seçkilərə böyük maraq göstərdi. Təsəvvür edin, əhalinin sayına görə Azərbaycan o qədər də böyük ölkə deyil, cəmisi 125 dairədə seçkilər keçirilir, 125 deputat mandatı uğrunda mübarizə aparılırdı. Ancaq digər ölkələrlə müqayisədə daha az deputat yerləri uğrunda aparılan mübarizəni izləmək üçün 900-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdi.
Bunun özü də beynəlxalq aləmdə Azərbaycana olan marağın bir ifadəsidir. Bütün bunların hamısını ümumiləşdirərək deyərdim ki, parlament seçkiləri Azərbaycanın siyasi tarixinin əhəmiyyətli bir hissəsini təşkil edir, ölkəmizin demokratiya yolunda irəliləyişinin əhəmiyyətli bir təsdiqi kimi özünü büruzə verir.
Bu seçkilər, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlarımızın inamını ifadə edir, dövlət başçısına olan etibarın yeni bir ifadəsi kimi özünü göstərir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib





