Ölkə

Məhəbbət Vəliyeva məktəblərdə davamiyyətlə bağlı danışdı

11 Fevral 2020 20:04
0 Şərh     Baxış: 1 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva soyuq hava şəraitində şagirdlərin dərsə davamiyyətinin dəyişməsi məsələsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, davamiyyət elə bir problem yaratmır ki, ölkədə dərslərin dayandırılması üçün zərurət yaransın:

"Ölkədə dərslərin dayandırılması üçün zərurət yoxdur. Təbii ki, 2-3 şagird dərsə gəlməyə bilər, bu, müəyyən səbəblərə görə hər zaman baş verir. Amma ciddi bir problem müşahidə edilmir".

M.Vəliyeva Təhsil Nazirliyinə məktəblərin istilik problemi ilə bağlı xüsusi hallara dair siqnal daxil olmadığını da söyləyib:

"Belə hal baş verdikdə Təhsil Nazirliyinin bu məqsədlə yaradılmış xüsusi qrupları lazımi tədbirləri vaxtında həyata keçirə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.