Ölkə

Azərbaycanda gündəlik qaza olan tələbat proqnozu üstələdi

11 Fevral 2020 13:03
1 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb. Belə ki, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 milyon kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə sutkalıq tələbat 35 milyon kubmetri keçmirdi.

Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin anoloji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 milyon kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 milyon kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 milyon kubmetrdən çox (2019-cu ildə 17 milyon kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 milyon kubmetrdən çox (2019-cu ildə 13 milyon kubmetr) təşkil edir.

Bildirmək istərdik ki, hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır. Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmayıb, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur.

Abonentlərdən xahiş edilir ki, qazın təzyiqinin azalmasını müşahidə edərlərsə, yaşadıqları ərazi barədə 104/185 Çağrı mərkəzinə zəng edə və ya (+99477) 3 104 104 "Whatsapp" nömrəsinə mesaj yollaya bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.