Ölkə

Bakıda itkin düşən yeniyetmə tapıldı

6 Fevral 2020 18:47
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda itkin düşən yeniyetmə oğlan tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 1 A mənzil 80 ünvanında yaşayan 15.12.1985-ci il təvəllüdlü Eminova Kəmalə Fazil qızı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu 07.07.2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu metronun "20 Yanvar" stansiyasının yanına getmək adı ilə 03.02.2020-ci il tarixdə saat 13:00 radələrində evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Eminov Kamal Rasim oğlu 05.02.2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.