Ölkə

Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirilən daha 1 nəfər evə buraxıldı - RƏSMİ

6 Fevral 2020 09:52
0 Şərh     Baxış: 1 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Bakıda koronaviruş şübhəsilə xəsəxanaya yerləşdirilən şəxslərlə bağlı birgə məlumat yayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Qeyd edək ki, ötən gün yayılan məlumata görə, adıçəkilən tibb mərkəzinə 7 nəfər yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.