Ölkə

Bakıda piyada keçidlərində əlavə işıqlandırmadan istifadəyə başlanılıb

31 Yanvar 2020 19:24
0 Şərh     Baxış: 827
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhərində piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu çərçivədə, eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb.

Bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İlk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilən yenilik gələcəkdə digər yollarda xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.