Ölkə

Koronavirus Çindən Azərbaycana turist axınını “vuracaq”?

30 Yanvar 2020 13:54
1 Şərh     Baxış: 1 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Yuhan şəhərində yayılmağa başlayan koronavirus qısa zamanda bütün dünyanı narahat etməyə başlayıb. 

Bəzi ekspertlər bildirib ki, virusla bağlı 2020-ci il ərzində Azərbaycana gəlməsi nəzərdə tutulan turistlərin sayında ciddi azalma ola bilər. 

Milli.Az xəbər verir ki, məsələ barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu" qüvvədədir:

"Çindəki nümayəndəliyimiz hazırda fəaliyyətini davam etdirir. Virusla bağlı məsələlər taktiki dəyişikliklər tələb edir və gələcəkdə də edə bilər. 

Lakin Çin bazarı ilə bağlı strateji tərəfdaşlığımız dəyişməz olaraq qalır. Çin bizim üçün mühüm bazardır və virusla bağlı məsələ həll olduqdan sonra hər şey qaydasına düşəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.