Ölkə

Bakı Limanında koronavirusla bağlı sanitar nəzarət gücləndirildi - FOTO

29 Yanvar 2020 20:09
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Beynəlxalq Dəniz Limanı (Bakı limanı) sanitar nəzarət gücləndirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, "Koronavirus - 2019-nCoV'" virusunun Çində yayılması xəbəri fonunda, Bakı Limanında sanitar nəzarət gücləndirilib:

"Sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.