“Küçəyə çıxmaq qadağandır” - Çindəki səfirimiz tələbələrdən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Çin hökumətiylə danışıqlar prosesini davam etdiririk. Ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticə əldə edəcəyik.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV- nin "Hədəf" verişilinin efirində deyib. Səfir bildirib ki, Çin hökumətiylə Azərbaycan səfirliyi arasında danışıqlar aparılır: "Bir çox ölkələrin vətəndaşları hazırda həmin təcrid olunmuş şəhərdədirlər. Çin hökuməti karantin bölgəsindən, ümumiyyətlə, vətəndaşların çıxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir.
Azərbaycan hökuməti vətəndaşlarının çıxarılmasına çox ciddi yanaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz müsbət nəticə əldə edəcəyik".
Ə. Zeynallı bildirib ki, Çin Səhiyyə Komitəsinin bu günə olan son məlumatına görə, ölkədə 4599 nəfər artıq virusa yoluxub: "Onlardan da 106-sı dünyasını dəyişib. Virusa yoluxma şübhəsiylə 6973 nəfər karantindədir. Onlarla təmasda olan 50 mindən artıq insan isə ümumilikdə nəzarətə götürülüb. Bu faktlar onu deməyə əsas verir ki, koronavirus çox sürətlə yayılır.
Buna baxmayaraq Çin hökuməti tərəfindən çox ciddi preventiv addımlar atılır ki, yayılmanın qarşısı alınsın. Bizim, əsasən, narahatlığımıza səbəb olan epidemiyanın yayıldığı Uhan şəhərində olan tələbələrimizdir. Hazırda orada 7 vətəndaşımız var. Onlardan 4-ü tələbədir. Səfirlik olaraq 23 yanvar tarixindən etibarən vətəndaşlarımızla gündəlik əlaqə yaradırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Uhanda olan vətəndaşlarımızın vəziyyəti Çinin digər bölgələrində olan vətəndaşların vəziyyətiylə müqayisədə daha ağırdır. Çünki onlar öz mənzillərində, təhsil aldıqları universitetlərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər.
Uhan şəhərində, ümumiyyətlə, küçəyə çıxmaq qadağandır. Yataqxanada qalan tələbələrimiz universitetlər tərəfindən yeməkxanalarda yeməklə təmin olunurlar. Yataqxanalarda olmayanlara isə şəhər bələdiyyəsi tərəfindən yeməklərin çatdırılması təmin olunur. Evdə yaşayan tələbələrimiz isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə biz Xarici İşlər Nazirliyinin həmin şəhərdəki və əyalətdəki şöbələri vasitəsiylə vətəndaşlarımıza yardımı həyata keçiririk".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
XƏBƏR LENTİ
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)
-
Polis əməliyyat keçirdi: 8 avtomat, 1 tapança, 8 tüfəng götürüldü
-
Qazın qiyməti bahalaşdı
-
Gürcüstanda DTX rəisi istefa verdi
-
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət
-
Qatarların hərəkət intervalı dəyişdirilir
-
Rəşad Həsənova yüksək vəzifə verildi
-
"Bilik günü"nün hava proqnozu açıqlandı
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
-
Qədiməli Əhməd vəfat etdi
-
Pezeşkian çıxış edərkən Hindistan rəsmisi qoz-fındıq yedi - (Video)





