Fransa səfiri Bakı Ali Neft Məktəbində
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Milli.Az xəbər verir ki, görüşdə Ali Məktəbin müvafiq şöbələrinin əməkdaşları, səfirliyin universitetlər arasında əməkdaşlıq və təqaüdlər üzrə attaşesi xanım Klemens Felipo iştirak edib.
Qonaqlar ilk olaraq Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olublar.
Görüş zamanı Bakı Ali Neft Məktəbi haqqında geniş məlumat verən rektor Elmar Qasımov Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin gündən-günə inkişaf etdiyini bilidirib. O, həmçinin qeyd edib ki, 2013-cü ildə BANM Fransa Neft İnstitutu (IFP) ilə Anlaşma Memorandumu imzalayıb ki, bu da, Fransa və Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir. Rektor həmçinin, Ali Məktəbin "Total" şirkəti də daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığından bəhs edib.
Səfir Zakari Qros səmimi qəbula və xoş qarşılanmağa görə rektor Elmar Qasımova öz təşəkkürünü bildirib. O, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin öz ölkəsinin ali təhsil müəssisələri ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunub. Z.Qros bildirib ki, yüksək keyfiyyətli təhsil və əcnəbi tələbələrin Fransa universitetlərində təhsil alması nəinki səfirliyin, həmçinin ölkəsinin də prioritet məsələlərindəndir. O, IFP ilə BANM arasında qurulmuş əməkdaşlığı da yüksək qiymətləndirib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, fransız dilinin tədrisi və elmi-tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlarla xatirə fotosu çəkilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
XƏBƏR LENTİ
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)





