Azərbaycanda turizm şirkətlərinin sayı artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda turizm bazarında aparılan monitorinqlərin nəticəsinə görə, bir neçə il öncə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 2000 idisə, indi bu rəqəm 3000-ə yaxınlaşıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib.
Onun sözlərinə görə, bu gün dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizm Azərbaycanda da geniş inkişaf yolu keçir.
R.Hacıyev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanda daha çox getmə turizm növü geniş yayılmışdı. Ölkəyə gələnlər isə əsasən dövlət əhəmiyyətli və beynəlxalq səviyyəli konfrans və tədbirlərə qatılan dövlət rəsmiləri olurdu:
"Yəni burada əcnəbi turistlərin payı çox az idi. Mən deyərdim ki, Azərbaycanda gəlmə turizmi 2010-cu ildən sonra formalaşmağa başladı. 2012-ci ildə paytaxt Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi Azərbaycanı bütün dünyaya fərqli istiqamətdə, bir turizm ölkəsi olaraq tanıtdı. Bu, ölkəyə əcnəbi vətəndaşların üz tutması üçün bir başlanğıc oldu. Turizm sahəsində əsas inkişaf deyərdim ki, 2015-ci ildən sonra daha aktiv fazaya keçdi. Bunun bir neçə obyektiv və subyektiv səbəbi var. Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəylik Oyunları, o cümlədən onlarla beynəlxalq səviyyəli toplantıların, konfransların və sərgilərin keçirilməsi Azərbaycanı dünyada tanıtmaqla yanaşı, onun turizm ölkəsi kimi də məşhurlaşmasına səbəb oldu. Eyni zamanda, Prezident İlham Əliyev başda olmaqla, dövlətin bu sahəyə xüsusi diqqət ayırması ölkənin turizm sahəsinin inkişafında mühüm rol oynadı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı





