Ölkə

Bakıda pulla gizli su xətti çəkilib? - FOTO

11 Yanvar 2020 13:39
Baxış: 1 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı sakinləri iddia edir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları pulla gizli su xətləri çəkiblər.

Milli.Az xəbər verir ki, bu barədə rayonun Əmircan qəsəbə sakinlərinin oxu.az-a ünvanlandığı şikayətdə qeyd edilib.

Sakinlər bildirib ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, bina 16A, dördüncü blokda sakinlərə verilən sudan əlavə, gizli çəkilmiş su xətti var:

"Dəfələrlə Suraxanı Su-kanal İdarəsinə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülməyib. İdarənin Afiq adlı işçisi deyir ki, bu xəttin çəkilməsindən idarənin rəisinin də xəbəri var. Pulunu alıb, suyunu çəkmişik. Gizli su xəttidir, nədir, özümüz bilərik".

Məsələ barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə sorğumuza cavab olaraq bildirdi ki, ASC-nin əməkdaşları həmin əraziyə baxış keçiriblər:

"Orada heç bir qeyri-qanuni xətt yoxdur. Həmin xətt su sayğacından keçməklə su təchizatı həyata keçirilir". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.