Ölkə

Təşviqat üçün 256 daimi görüş yeri ayrılıb

10 Yanvar 2020 09:51
0 Şərh     Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat üçün 256 daimi görüş yeri ayrılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı siyahıya əsasən, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-si saat 08:00-da başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.