Ölkə

Agentliyin 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub

29 Dekabr 2019 16:33
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan indiyədək işinin öhdəsindən gəlmədiyinə görə 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AQTA sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, agentliyin üç əməkdaşının qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb: "Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.