Ölkə

“Toyota” ağaca çırpıldı - Sürücü öldü

27 Dekabr 2019 16:54
0 Şərh     Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 26-da saat 9 radələrində Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində Üçkün kənd sakini İkram Əliyev idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.